Siyasət

Müsavat Partiyası parlament seçkilərində iştirak barədə qərar qəbul edib

7 Dekabr 2019 14:52
Baxış: 742

Müsavat Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu gün Müsavat Partiyası Məclisinin növbədənkənar sessiyası keçirilib.

Müzakirələrdən sonra Müsavat Partiyasının parlament seçkilərində iştirak etməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası bu gündən növbədənkənar parlament seçkisi prosesinə start verib.

Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci il fevralın 9-da keçiriləcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.