Siyasət

Piter Teys: "Azərbaycanda ağacəkmə aksiyası digər ölkələr üçün nümunə olmalıdır"

6 Dekabr 2019 19:07
Baxış: 630

Azərbaycanda ağacəkmə aksiyası digər ölkələr üçün nümunə olmalıdır.

Milli.Az bildirir ki, bunu Trend-ə amerikalı ekspert Piter Teys İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünü şərh edərkən deyib.

O bildirib ki, bu təşəbbüs Azərbaycan hökumətinin strateji baxışını reallaşdıran alicənab addımdır:

"Bu təşəbbüs BMT-nin ətraf mühit sahəsindəki hədəflərinin və Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılmasına Azərbaycan hökumətinimn verdiyi unikal töhfədir. Azərbaycan meşə bərpası kampaniyası üzrə adambaşı verilən töhfəyə və ətraf mühitin mühafizəsi siyasətinə görə Avropa və Asiya ölkələri arasında mühüm yer tutur".

P.Teys qeyd edib ki, Avropa İttifaqının ən inkişaf etmiş ölkələrində belə bu cüri irimiqyaslı təşəbbüslər həyata keçirilmir:

"Azərbaycan ətraf mühitin və meşə ehtiyatlarının mühafizəsinə çoxlu töhfə verən ölkədir və digər inkişaf etmiş ölkələr də bu nümunəyə əməl etməlidir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.