Siyasət

Avropa Parlamentinin üzvlərinin işğal olunmuş ərazilərə qanunsuz səfərlərinə etiraz edildi - FOTO

6 Dekabr 2019 17:41
Baxış: 627

Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərinə Avropa Parlamentinin bəzi üzvlərinin qanunsuz səfərlərinə etiraz bildirilib.

Milli.Az xəbər verir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasından Trend-ə verilən məlumata görə, icmanın və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin nümayəndə heyətlərinin Brüsseldə keçirdikləri görüşlərdə sözügedən məsələ diqqət mərkəzində saxlanılıb.

Avropa Parlamentinin üzvü, Avronestin sədri Andrius Kubilius, Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası əlaqələr Komitəsinin sədr münavini, parlamentari Rasa Jukneviçiene və CEPS-in rəhbəri Karel Lannoo ilə görüşlərdə bildirilib ki, Avropa Parlamentinin bəzi deputatlarının Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa qanunsuz səfərlər etməsi bu qurumun nüfuzuna ciddi xələl gətirir. Avropa parlamentinin üzvləri qeyd ediblər ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin vasitəçiliyi ilə aparılan danışıqları diqqətlə izləyirlər.

Keçirilən görüşlərdə Azərbaycanın Avropanın enerji bazarında oynadığı önəmli rol xüsusi olaraq qeyd edilib. Bildirilib ki, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın artan nüfuzu, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində hər iki tərəfdən həyata keçirilən tədbirlər ciddi əhəmiyyətə malikdir.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.