Siyasət

BMT rəsmisi: "Arzu edirəm ki, milyonlarla ağac əkilsin və Azərbaycan yamyaşıl ölkə olsun"

6 Dekabr 2019 12:51
Baxış: 729

"Abşeron rayonunun Müşfiqabad qəsəbəsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü ilə bağlı ağacəkmə kampaniyasını alqışlayırıq".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfati təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mələk Çakmak Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunan ağacəkmə kampaniyası münasibətilə Azərbaycan xalqını təbrik edib. O bildirib ki, bu kampaniya BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatı üçün önəmlidir:

"Meşələrin artırılması yolu ilə biz karbon qazının atmosferə buraxılmasının qarşısını ala bilirik. Karbon qazının azaldılması, torpaqda saxlanılması həm də biomüxtəlifliyin qorunması və kənd təsərrüfatı baxımından önəmlidir. Fauna və flora müxtəlifliyi, arıların çoxalması, bal verməsi məqsədilə meşələri kənd təsərrüfatı baxımından vacib sektor kimi görürük".

M.Çakmak Azərbaycan hökuməti və nazirliyini bu sahəyə göstərdikləri təşəbbüsə görə təbrik edib və uğurlar arzulayıb:

"Bütün xalqın bu kampaniyaya qoşulması çox faydalıdır. Arzu edirəm ki, milyonlarla ağac əkilsin və Azərbaycan yamyaşıl ölkə olsun".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.