Siyasət

Səfir: "Qazaxıstan və Azərbaycanı uzunmüddətli iqtisadi münasibətlər birləşdirir"

5 Dekabr 2019 13:47
0 Şərh     Baxış: 598

Qazaxıstan və Azərbaycanı uzunmüddətli iqtisadi münasibətlər birləşdirir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov deyib.

O bildirib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iki ölkə arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verir:

"Qazaxıstan müstəqillik dövründə 320 milyard dollardan çox birbaşa xarici investisiya cəlb edib. Qazaxıstan tərəfindən icra olunmuş iri infrastruktur layihələri ölkəyə indiki inkişaf səviyyəsinə çatmağa imkan verib".

Səfir iki ölkənin əməkdaşlıq tarixində qeydə alınan vacib hadisələri, o cümlədən Xəzər dənizinin dibi ilə keçən Trans-Xəzər fiberoptik kabel xətti layihəsinin işə salınmasını xatırladıb.

Səfir vurğulayıb ki, Azərbaycan bundan sonra da Qazaxıstanın vacib iqtisadi, investisiya və mədəni tərəfdaşı olacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.