Siyasət

Rusiyalı ekspert: "Azərbaycan parlamenti..."

2 Dekabr 2019 19:49
Baxış: 1 308

Milli Məclisin buraxılması xüsusilə də son illərdə ölkədəki islahatlar fonunda tam məntiqli addımdır.

Milli.Az bildirir ki, bunu Trend-ə rusiyalı politoloq Fərhad İbrahimov deyib.

Onun sözlərinə görə, parlament Prezident İlham Əliyev tərəfindən elan olunan tapşırıqların öhdəsindən daha səmərəli şəkildə gələcək yeni simalara ehtiyac duyur:

"İqtisadi islahatlar, sosial tərəqqi, səhiyyə və təhsil sahələrində struktur dəyişiklikləri yeni parlamentin məşğul olacağı məsələlərdir. Həm də yeni parlamentin unikal imkanı olacaq, çünki ölkədə struktur islahatları zamanı yeni ideyalar və təkliflər daha səmərəli və həyat qabiliyyətli olacaq. Buna hər kəsin, o cümlədən hakim partiyanın ehtiyacı var. Nəzərə alsaq ki, vaxt yerində dayanmır və on il əvvəl aktual olan məsələnin bu gün reallaşdırılması mümkün olmur".

Ekspert qeyd edib ki, digər məsələlərlə yanaşı yeni parlamentə öz yanaşması və təklifləri olan yeni partiyalar da daxil ola bilər.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.