Siyasət

NATO ilə ikitərəfli görüşlərin Bakıda keçirilməsi onu göstərir ki, Qərb və Rusiya Azərbaycana etimad edir - Fərid Şəfiyev - VİDEO

2 Dekabr 2019 17:57
Baxış: 755

Bu gün dünyada xeyli sayda ölkə var, lakin əməkdaşlığa, risklərin azalmasına və planetinimizin daha təhlükəsiz olmasına hesablanan görüşlərin keçirilməsi üçün həm NATO, həm də Rusiya tərəfindən məhz Azərbaycan seçilir. Dünyanın maraqla və həssaslıqla gözlədiyi belə görüşlərin Bakıda baş tutması həqiqətən də qürurvericidir.

Milli.Az xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı videolayihə çərçivəsində Trend-ə bildirib ki, Qərb və Rusiya Azərbaycana etimad edir. Artıq Azərbaycan Rusiya üçün müəyyən bir platformaya çevrilib: "Söhbət Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Bakıda NATO-nun Hərbi Komitəsinin sədri Ser Stüart Piiç ilə görüşündən gedir. Artıq NATO ilə təmaslar, ikitərəfli görüşlər Bakıda keçirilir. Bu da onu göstərir ki, Qərb və Rusiya Azərbaycana etimad edir".

Xatırladaq ki, noyabrın 26-da Bakıda Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO-nun Hərbi Komitəsinin sədri Stüart Piç arasında görüş keçirilib.

Görüş zamanı Avropa təhlükəsizliyi sahəsində vəziyyət, Rusiya-NATO təmas xəttində insidentlərin qarşısının alınması üzrə tədbirlər, o cümlədən hərbi ekspertlərin dialoqunun bərpa olunması məsələsi müzakirə olunub.

Onlar həmçinin böhran regionlarında vəziyyəti müzakirə edib.Video layihənin digər bölümlərini buradan, həmçinin TREND İnformasiya Agentliyinin "Youtube" kanalından izləyə bilərsiniz.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.