Siyasət

Sekuta: “Əsrin müqaviləsi” Azərbaycanın enerji ehtiyatlarının Qərbə tədarükü üzrə gələcək razılaşmaların əsasıdır"

22 Noyabr 2019 12:47
Baxış: 733

"Əsrin müqaviləsi" Azərbaycanın enerji ehtiyatlarının Qərbə tədarükü üzrə gələcək razılaşmaların əsasıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta Vaşinqtonda keçirilmiş "Əsrin müqaviləsi: 25 illik uğur" adlı forum zamanı deyib.

O bildirib ki, "Əsrin müqaviləsi"nin imzalanması vacib nailiyyət olub:

"Bu saziş Azərbaycanın dünya enerji sisteminin iştirakçısı kimi dirçəlməsinə, eləcə də beynəlxalq neft şirkətlərinin Xəzər regionunda aktiv fəaliyyətinə yol açdı. Müqavilə dünya neft bazarlarına yeni tədarüklər hesabına beynəlxalq enerji təhlükəsizliyini təkmilləşdirməyə imkan verdi".

Keçmiş səfir əlavə edib ki, "Əsrin müqaviləsi" həm də Azərbaycana kapital axınını təmin etdi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.