Siyasət

İsrailin yeni səfiri Azərbaycana gəlir - Vaxt açıqlandı

20 Noyabr 2019 15:34
Baxış: 770

"İsrailin Azərbaycandakı yeni səfiri Corc Dik noyabrın 21-də Bakıya gələcək".

Milli.Az xəbər verir ki, bunu Trend-ə İsrail səfirliyindən bildiriblər.

O, bu vəzifədə 2015-ci ilin avqustundan fəaliyyət göstərən Dan Stavı əvəz edəcək.

Qeyd edək ki, C.Dik bundan əvəllər İsrail Xarici İşlər Nazirliyinin baş direktoru Yuval Rotemin baş müşaviri vəzifəsində işləyib.

Nazirlikdə 2008-ci ildə işə başlayan C.Dik İsrailin Nigeriya və Norveçdəki səfirlərinin müavini olub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.