Siyasət

Prezident İlham Əliyev Bakı sakininin kredit problemini həll etdi - VİDEO

20 Noyabr 2019 10:39
Baxış: 5 444

Noyabrın 19-da "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin yenidənqurmadan sonra açılışı olub.

Milli.Az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Açılışdan sonra dövlətimizin başçısı metronun "28 May" stansiyasının qarşısında vətəndaşlarla görüşdü, onlarla söhbət etdi. Bakı sakini Səmaya İbrahim qızı Məmmədova Prezident İlham Əliyevə öz problemindən danışdı. Sakin qeyd etdi ki, bankların birində kredit götürdü və pulunu ödəyirdi. Amma düşdüyü qəzadan sonra kreditin ödənilməsində problem yarandı.

Prezident İlham Əliyev Bakı sakininin problemin həll edilməsi ilə bağlı dərhal göstəriş verdi və qeyd etdi ki, onunla əlaqə saxlanılacaq və problemi həll olunacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.