Siyasət

Azərbaycanla Sverdlovsk vilayəti arasında beynəlxalq və xarici iqtisadi əlaqələrin həyata keçirilməsi haqqında Saziş təsdiqlənib

14 Noyabr 2019 17:33
Baxış: 554

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Sverdlovsk vilayəti (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və digər sahələrdə beynəlxalq və xarici iqtisadi əlaqələrin həyata keçirilməsi haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən əbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikası Hökuməti ilə Sverdlovsk vilayəti (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və digər sahələrdə beynəlxalq və xarici iqtisadi əlaqələrin həyata keçirilməsi haqqında 2019-cu il sentyabrın 11-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilir.

Fərmanda göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görəcək.

Xarici İşlər Nazirliyinə tapşırılır ki, Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Sverdlovsk vilayəti (Rusiya Federasiyası) Hökumətinə bildiriş göndərsin.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.