Siyasət

Yevlaxın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 5 milyon manat ayrılıb

13 Noyabr 2019 16:36
Baxış: 1 216

Prezident İlham Əliyev Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində regionlarda yerləşən yaşayış məntəqələrinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı layihələrin uğurlu icrası nəticəsində mühüm tədbirlər həyata keçirilmişdir.

Sərəncamda qeyd edilir ki, Yevlax şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə 5 milyon manat ayrılsın.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.