Siyasət

Mariya Zaxarova: "Azərbaycanla Rusiya arasında münasibətlər nəhəng perspektivlərə malikdir"

8 Noyabr 2019 16:51
Baxış: 710

"Azərbaycanla Rusiya arasında münasibətlər nəhəng perspektivlərə malikdir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

O bildirib ki, ölkələr arasında münasibətlər dinamik inkişaf edir:

"Bizi ümumi tarix, bu gün və gələcək birləşdirir. Ona görə də bu münasibətlər gələcəyə yönəlib və nəhəng perspektivlərə malikdir".

M.Zaxarova daha sonra bildirib ki, Rusiya-Azərbaycan regionlararası yubiley forumu Moskvada keçiriləcək:

"Forum noyabrın 22-23-də planlaşdırılıb. Bu, onuncu regionlararası forum olacaq. Tədbirin təşkilatçıları Rusiyanın İqtisadi İnkişaf Nazirliyi və Azərbaycanın İqtisadiyyat Nazirliyidir".

O əlavə edib ki, regionlararası əlaqələr Rusiya və Azərbaycanın çoxplanlı ikitərəfli münasibətlərində böyük əhəmiyyət daşıyır və genişlənməkdə davam edir:

"Buraya Rusiyanın 70-dən çox subyekti cəlb olunub. Rusiyanın 17 subyekti Azərbaycanla ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə sazişlərə malikdir. Azərbaycanla ticarət həcminin üçdə bir hissəsindən çoxu Moskva və Moskva vilayətinin payına düşür. Ticarət tərəfdaşları arasında ilk onluğa Stavropol diyarı, Krasnodar diyarı, Çelyabinsk, Sverdlovsk, Saratov, Orenburq vilayətləri, eləcə də Sankt-Peterburq şəhəri və Tatarıstan respublikası daxildir".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.