Siyasət

Keçmiş səfir: "Azərbaycan Qoşulmama Hərəkatına rəhbərliyi dövründə regionda sülh və təhlükəsizliyin təmin olunmasında böyük addımlar ata bilər"

23 Oktyabr 2019 20:01
Baxış: 715

Azərbaycan dünyada nüfuzlu ölkə kimi tanınır.

Bunu İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin Trend-ə özəl açıqlamasında deyib.

M.Pakayinin sözlərinə görə, böyük və beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkənin dünyanın diqqət mərkəzinə çevrilməsinə səbəb olub.

Keçmiş diplomat əlavə edib ki, bu da Azərbaycanın digər ölkələrlə əməkdaşlıqlarının artmasına təkan verir.

"Azərbaycan Qoşulmama Hərəkatına rəhbərliyi dövründə regionda sülh və təhlükəsizliyin təmin olunmasında böyük addımlar ata bilər".

Sabiq səfir deyib ki, Qoşulmama Hərəkatı Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın mövqeyi elan olunmaqla dinc yolla həllinə kömək edə biləcək mühüm platformadır.

Xatırladaq ki, Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü oktyabrın 25-26-da Bakıda keçiriləcək. Oktyabrın 23-24-də isə təşkilata üzv ölkələrin Xarici İşlər nazirləri sammitə hazırlıq məsələlərini müzakirə edəcəklər.

Qoşulmama Hərəkatının Bakıda keçiriləcək XVIII Zirvə Görüşünə, ümumilikdə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri qatılacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.