Siyasət

Rusiya Taxıl İttifaqının vitse-prezidenti: "Azərbaycan regionlararası taxıl logistikasında xüsusi yer tutur"

23 Oktyabr 2019 12:08
Baxış: 625

Azərbaycanın regionlararası taxıl logistikasında rolu müstəsnadır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya Taxıl İttifaqının vitse-prezidenti Aleksandr Korbut bu gün Bakıda keçirilən Beynəlxalq Taxılçılıq Forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycanın unikal coğrafi mövqeyi ona geniş tranzit potensialı təqdim edir və ölkəni beynəlxalq taxıl ticarəti dövriyyəsində vacib iştirakçıya çevirir:

"Beynəlxalq təşkilatlar Azərbaycanı gah Şərqi Avropaya, gah Mərkəzi Asiyaya, gah da Yaxın Şərqə aid edir. Azərbaycan bu üç regionla eyni anda əməkdaşlıq etməklə digər ölkələrin maraqlarını təmsil edə və məhsulların tranzitini təmin edə bilər. Bu, müstəsna roldur və Azərbaycan hökumətinin gördüyü iş onu göstərir ki, ölkə bunun öhdəsindən gəlir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.