Siyasət

Siyavuş Novruzov: Radikal müxalifət bir daha biabırçı uğursuzluğa düçar oldu

19 Oktyabr 2019 19:16
Baxış: 1 215

Bu gün qanunsuz mitinq keçirmək istəyən radikal müxalifət bir daha xalq tərəfindən boykot edildi.

Milli.Az bildirir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

O qeyd edib ki, qanunsuz mitinqdə çox az sayda adam gəlmişdi, gələnlər isə pulla gətirilmişdi: "Həmin insanlar bağda oturub onlara kimin pul verəcəyini gözləyirdilər. Özü də gələnlər yaşlı insanlar idi. Qanunsuz mitinqi telefona çəkənlərin sayı qanunsuz mitinq iştirakçılarının sayından çox idi. Yəni bütün bunlar bir daha onların hər hansı bir mitinq yox, sırf təxribat etmək niyyətlərini göstərdi. Azərbaycanın güclənmsindən, Azərbaycanın bütün sahələrdə Ermənistanı üstələməsindən narahat olan qüvvələr bunları ortaya salmışdı. Bunlar ancaq düşmənçilik mövqeyindən çıxış edən adamlardır, Paşinyanın yerdəki nümayəndələridir. Paşinyanın Ermənistanda vəziyyəti ağırlaşan kimi Əli Kərimli, Milli Şura ortaya düşür".

S.Novruzov qeyd edib ki, bu anti-milli qüvvələr bir daha dəhşətli şəkildə uğursuzluğa düçar oldular: "Bir daha göründü ki, bunların məqsədi dinc mitinq keçirmək yox, təxribat törətməkdir. Bakı Şəhər İcra Hakimiyyəti mitinq keçməyə yer ayırmışdı, ancaq onlar həmin yerdə mitinq keçirməkdən imtina edib təxribat törətməyə üstünlük verdi. Xalq da bunu görür və ona görə də heç kim bunları dəstəkləmədi. Xalq bunların qanunsuz mitinq keçirməsini pislədi, öz narazılıqlarını bildirdi ki, bu anti-milli qüvvələr ölkədə sabitliyi pozmağa çalışırlar"

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.