Siyasət

Deputat: "Azərbaycan xalqı yekdilliklə Prezidentin apardığı siyasəti dəstəkləyir"

15 Oktyabr 2019 13:13
Baxış: 753

Prezident İlham Əliyevin "Qarabağ Azərbaycandır və nida işarəsi" bəyanatı Azərbaycan xalqının iradəsidir, dövlətin mövqeyidir. Prezident bu çıxışı ilə Ermənistanı bir daha beynəlxalq ictimaiyyət qarşısında ifşa etdi.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin "Qarabağ Azərbaycandır və nida işarəsi" mövzusunda keçirilən iclasında deputat Bəxtiyar Əliyev deyib.

Deputat bildirib ki, Prezidentin bu bəyanatı, eyni zamanda dünyaya bir mesajdır: "Biz mövqeyimizi dövlət başçısının apardığı düzgün siyasət çərçivəsində qurmalıyıq. Cənab Prezident bunu bəyan etmişdi və öz siyasətində də bunu göstərir ki, biz hücum siyasətini davam etdirməliyik. Prezidentin apardığı hücum siyasəti düşməni ifşa etmək, ona həm diplomatiya, həm iqtisadi sahədə sarsıdıcı zərbələr vurmaqdır. Biz hər birimiz bu siyasəti davam etdirməliyik".

B.Əliyev əlavə edib ki, Azərbaycan xalqı yekdilliklə Prezidentin apardığı bu siyasəti dəstəkləyir və daim öz liderinə dəstək olacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.