Siyasət

Özbəkistanın XİN rəhbəri: "Türk Şurasına qoşulmağımız təbii prosesdir"

14 Oktyabr 2019 13:12
0 Şərh     Baxış: 565

Özbəkistanın Türk Şurasına qoşulması təbii prosesdir.

Milli.Az bildirir ki, bunu Trend-ə Özbəkistanın Xarici işlər naziri Əbdüləziz Kamilov deyib.

O bildirib ki, burada mədəniyyəti, tarixi, dili və ənənələri bir-birinə yaxın olan dövlətlər birləşir.

Ə.Kamilov əlavə edib ki, bu məsələdə praqmatik maraqlar da var:

"Bu, ticarət, nəqliyyat və rabitə sahələrində iqtisadi əməkdaşlıqdır. Bir sözlə, bizi bir çox şeylər birləşdirir".

Qeyd edək ki, bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilir. İlk dəfə olaraq Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü kimi iclasda iştirak edir.

Türk Şurası 2009-cu il oktyabrın 3-də Naxçıvanda yaradılıb. Şuranın məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.

Təşkilat yaranandan bəri üzv ölkələrin liderlərinin altı iclası baş tutub.

Milli.Az

 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.