Siyasət

Birinci vitse-prezident Mehriban Əliyeva akademik Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar başsağlığı verib

14 Oktyabr 2019 10:07
Baxış: 1 288

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva akademik Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar rəsmi "Instagram" səhifəsində paylaşım edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, paylaşımda deyilir: "Dünya şöhrətli şərqşünas-alim, müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimin Azərbaycan dilinə tərcüməçilərindən biri, Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyev dünyasını dəyişib. Çox yüksək intellektə və nadir mənəvi keyfiyyətlərə malik insan - Vasim müəllim elm dünyasında şübhəsiz nüfuz sahibi idi. Onun Azərbaycanda şərqşünaslığın inkişafında müstəsna xidmətləri var. Dahi tədqiqatçı alim və istedadlı müəllim olan Vasim Məmmədəliyev Azərbaycan elminin çoxəsrlik ənənələrinin davamçısı idi.

Akademik Vasim Məmmədəliyevin vəfatı bizim hamımız üçün çox böyük itkidir. Böyük alimin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Allah rəhmət eləsin!"

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.