Siyasət

"Məşhur terrorçuların qəhrəmanlaşdırılması Ermənistanda çox aktualdır"

13 Oktyabr 2019 11:39
Baxış: 724

Təəssüf ki, Ermənistanda radikal və döyüşkən millətçilik mühitində siyasi və intellektual dairələr ölkə siyasətini region və dünyada baş verən proseslərdən təcrid olunaraq nəzərdən keçirirlər. Davam edən siyasi işğal, ərazi iddiaları və tarixi faktların saxtalaşdırılması da bundan qaynaqlanır.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

Onun sözlərinə görə, oktyabrın 11-də Aşqabadda MDB Dövlət Başçılarının Şurası çərçivəsində təşkil olunmuş görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyev çıxışında nasist cinayətkarların xüsusilə Ermənistanda qəhrəmanlaşdırılması məsələsinə toxunub və Ermənistanın əvvəlki rəhbərliyinin Qaregin Njdenin şərəfinə abidə ucaltması məsələsini misal göstərib. Cavab olaraq Ermənistan Baş naziri kifayət qədər uğursuz şəkildə Njde məsələsinə erməni-türk tarixi nöqteyi-nəzərindən haqq qazandırmağa çalışıb:

"Njdenin İkinci Dünya müharibəsi zamanı törətdikləri məlumdur və milli tarixə istinadlar bu əməllərə haqq qazandıra bilməz. Prezident İlham Əliyev cavab çıxışında Njde ilə bağlı bir sıra tarixi faktlara aydınlıq gətirib və xüsusilə qeyd edib ki, əgər indiki Ermənistan rəhbərliyi əvvəlki rəhbərliyin səhvlərini düzəltməyə çalışırsa, o zaman müəyyən nəticələr çıxarmalıdır.

Ümumilikdə, nasist cinayətkarlar qədər Monte Melkonyanın timsalında məşhur terrorçuların da qəhrəmanlaşdırılması Ermənistanda çox aktualdır. Təəssüf ki, Ermənistanda radikal və döyüşkən millətçilik mühitində siyasi və intellektual dairələr ölkə siyasətini region və dünyada baş verən proseslərdən təcrid olunaraq nəzərdən keçirirlər. Davam edən siyasi işğal, ərazi iddiaları və tarixi faktların saxtalaşdırılması da bundan qaynaqlanır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.