Siyasət

Onların adları XİN-in "qara siyahı"sından çıxarıldı

8 Oktyabr 2019 23:39
0 Şərh     Baxış: 702

Cənubi Koreya Respublikasının vətəndaşları Ji Sun Kim, Lee Soo Jeong və Mun Kyeong Won Xarici İşlər Nazirliyinin məktubla müraciət edərək adlarının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı"ndan çıxarılmasını xahiş ediblər.

Milli.Az Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, məktublarında Ji Sun Kim, Lee Soo Jeong və Mun Kyeong Won Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi, eləcə də ölkəmizin qanunlarına hörmət etdiyini bəyan edir və işğal edilmiş ərazilərə səfərləri ilə heç bir halda ölkəmizin ərazi bütövlüyü və suverenliyini şübhə altına almaq niyyətində olmadıqlarını bildirirlər. Həmçinin müraciətlərində onlar, səfərin törədə biləcəyi nəticələr barədə məlumatsız olduqlarını və gələcəkdə bu cür qanunsuz səfərlərdən çəkinəcəklərini qeyd ediblər.

Cənubi Koreya Respublikasının vətəndaşlarının müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.