Siyasət

Cənubi Koreya Azərbaycanda investisiya sektorunu dəstəkləməyə hazırdır

27 Sentyabr 2019 12:47
Baxış: 511

Azərbaycanda informasiya iqtisadiyyatının qurulması prosesi Cənubi Koreyada xüsusi maraq oyadır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan ofisinin direktoru Pak Kumok İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasındakı "Ağıllı körpü" birgə treninq layihəsinin başa çatmasına həsr olunmuş mətbuat konfransında deyib.

O, Agentliyin Azərbaycandakı fəaliyyətindən məmnunluğunu bildirib və birgə layihələrin reallaşdırılmasının üstünlüklərindən danışıb.

P.Kumok, həmçinin, Azərbaycan iqtisadiyyatında investisiya sektorunun inkişafı üzrə gələcək birgə layihələrə hazır olduqlarını bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.