Siyasət

Səfir: "Səudiyyə Ərəbistanı Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verir"

23 Sentyabr 2019 20:52
Baxış: 718

Səudiyyə Ərəbistanı Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr Səudiyyə Ərəbistanının Milli Gününə həsr olunmuş tədbirdə deyib.

Səfir vurğulayıb: "Davamlı əlaqələr və qarşılıqlı səfərlər əməkdaşlığın yüksək səviyyəsini göstərir. Bu ilin əvvəlindən iki ölkə arasında münasibətlər müxtəlif sahələrdə əhəmiyyətli dərəcədə inkişaf edib. Qanunvericilik sahəsində - Azərbaycan-Səudiyyə Ərəbistanı Parlament dostluq qrupu Bakıya səfər etdi; iqtisadi sahədə - birgə komitənin beşinci iclası, həmçinin Bakıda biznes forum keçirildi"

Bundan əlavə, diplomat qeyd edib ki, iki ölkənin enerji nazirlərin qarşılıqlı iki səfəri baş tutub:

"Bu səfərlər zamanı iki ölkənin inkişafına xidmət edən saziş və anlaşma memorandumları imzalanıb".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.