Siyasət

Hikmət Hacıyev: "Beynəlxalq enerji bazarında Azərbaycan etibarlı tərəfdaş kimi tanınır"

17 Sentyabr 2019 11:13
Baxış: 692

25 il öncə ulu öndər Heydər Əliyevin müəyyən etdiyi neft strategiyası əsasında Azərbaycan tərəfindən çox çətin bir geosiyasi dövrdə ölkəmizin üzləşdiyi təhlükələrin və risklərin fonunda beynəlxalq aparıcı şirkətlərlə "Əsrin müqaviləsi" imzalandı və Azərbaycan uğurlu enerji strategiyasının, enerji diplomatiyasının əsasını qoydu.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, uzun illər neft bir çox hallarda Azərbaycan xalqının bilavasitə mənafeyinə xidmət etməyib: "Əsrin müqaviləsi"nin imzalanması ilə yeni bir neft erası başladı ki, bunun da nəticə etibarı ilə mənfəətini bilavasitə Azərbaycan Respublikası, Azərbaycan xalqı gördü. Azərbaycanın həyata keçirdiyi uğurlu enerji strategiyası ölkəmizin müstəqilliyinin, ölkəmizin çiçəklənməsinin, iqtisadi inkişafının təməli olmaqla bərabər beynəlxalq müstəvidə də, regional müstəvidə də enerji təhlükəsizliyinə ciddi şəkildə töhfə verən bir amil olmuşdu. Azərbaycanın enerji strategiyasının vacib təməl prinsiplərindən biri də onun şəffaf şəkildə və uğurlu şəkildə idarə olunması mexanizmidir. Bu gün Azərbaycanın enerji strategiyasının növbəti vacib bir təməl nöqtəsi vardır ki, Azərbaycan artıq qaz ixrac edən ölkədir. TANAP və TAP layihələri artıq özünün icrasının son mərhələlərinə qədəm qoymaqdadır və biz də ümid edirik ki, tərəf müqabillərimizlə birlikdə bu layihənin də tezliklə məntiqi sonuna çatdırılmasına nail olacağıq və Azərbaycan özünün qaz resursları ilə Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verəcəkdir. Beynəlxalq enerji bazarında Azərbaycan etibarlı tərəfdaş kimi tanınır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.