Siyasət

Azərbaycan QDİƏT PM-in komitə iclasında təmsil olunacaq

16 Sentyabr 2019 15:27
0 Şərh     Baxış: 435

Milli Məclisin deputatı Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin 53-cü iclasında iştirak etmək üçün sentyabrın 17-də Türkiyənin Giresun şəhərinə səfər edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yığıncaqda "Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında ikili vergilərin aradan qaldırılması məqsədi ilə güzəştli ticari razılaşmaların bağlanması" mövzusunda müzakirələr aparılacaq.

Tədbirdə Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə bağlı təqdimat keçiriləcək, təşkilatın cari fəaliyyəti barədə məlumat veriləcək, komitənin növbəti iclasının yeri, vaxtı və gündəliyi müəyyənləşdiriləcək.

Səfər sentyabrın 20-də başa çatacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.