Siyasət

Azərbaycan Cenevrədə beynəlxalq tədbirdə təmsil olunacaq

16 Sentyabr 2019 10:49
0 Şərh     Baxış: 592

Sentyabrın 16-da Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Kamran Bayramov İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə səfərə yola düşəcəklər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, səfərin məqsədi Silahlı Qüvvələr Üzərində Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzinin tədbirində iştirak etməkdir.

Deputatlarımız "Şərqi Avropa və Orta Asiya təhlükəsizlik sektoruna parlament nəzarəti" mövzusuna həsr olunmuş seminarda iştirak edəcək, fikir mübadiləsində ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcəklər.

Səfər sentyabrın 19-da başa çatacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.