Siyasət

AŞ PA prezidenti Azərbaycana gələcək

10 Sentyabr 2019 13:30
1 Şərh     Baxış: 1 234

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Lilian Mori Paskye sentyabrın 11-12-də Azərbaycana rəsmi səfər edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, o, Bakıda Milli Məclisin sədri və xarici işlər naziri ilə görüşəcək, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin və Nizam-intizam komissiyasının, eləcə də Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri ilə fikir mübadiləsi aparacaq.

Bundan başqa, L.Mori Paskye sentyabrın 11-də Fransa-Azərbaycan Universitetində keçiriləcək, Avropa Şurasının 70 illiyinə həsr olunan "Hüquqlarımız, azadlıqlarımız, Avropamız" mövzsunda "dəyimir masa"da iştirak edəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.