Siyasət

AŞ PA məruzəçisi Azərbaycana səfərini başa vurub

9 Sentyabr 2019 18:27
Baxış: 890

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) məruzəçisi Torild Sunna Evarsdottir Azərbaycana üçgünlük səfərini başa vurub.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə AŞ PA-ya istinadən məlumat verir.

Məlumata əsasən, T.S.Evarsdottir səfər zamanı rəsmi görüşlərin təşkil olunması üçün Azərbaycan hakimiyyətinə təşəkkürünü bildirib.

Məruzəçi bildirib ki, o, konstruktiv münasibətdən və həssas məsələlərin müzakirəsi üçün görüşdüyü şəxslərin hazırlığından məmnun olub.

Qeyd olunub ki, T.S.Evarsdottir həbsxanalara baş çəkib, eləcə də vətəndaş cəmiyyətinin fəalları, jurnalistlər, hüquqşünaslar və QHT nümayəndələri ilə görüşüb:

"Bu intensiv səfər mənim məruzəm üçün möhkəm əsas təşkil edib. Ümid edirəm ki, mövcud vəziyyəti təhlil edən və gələcək inkişaf üçün tövsiyələrin yer alacağı məruzəm bu ilin sonunadək AŞ PA-ya təqdim edəcəyəm".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.