Siyasət

Əli Əhmədov: "Azərbaycan heç zaman indiki qədər güclü, qüdrətli, əzəmətli və müasir olmayıb"

22 Avqust 2019 16:57
Baxış: 689

"Azərbaycan heç zaman indiki qədər güclü, qüdrətli, əzəmətli və müasir olmayıb. Yaşam səviyyəsi də indiki qədər yüksək olmayıb. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan narahat dünyada stabilliyi qoruyub saxlayır. Bu, Azərbaycan gerçəkliyinin ən ibrətamiz amillərindən biridir".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov "Mədəniyyətlərarası dialoqa Azərbaycanın töhfəsi" mövzusunda keçirilən konfransda deyib.

Ə.Əhmədov qeyd edib ki, Azərbaycan inkişaf mərhələsini yaşayır: "Ölkəmiz müasir dövlətlərin içərisində ən uğurlularındandır. Bu həm də ölkədaxili proseslərin ürəkaçan olmasından irəli gəlir. Ölkəmizin dünya birliyində kifayət qədər nüfuzu var. Azərbaycan dünyada baş verən prosesləri təkcə izləmir, həm də həmin proseslərin iştirakçısıdır, istiqamətvericisidir. Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi dünya birliyinə verilən töhfədir. Azərbaycan dünyada baş verən narahatlıqların dialoqla həll edilməsinin tərəfdarıdır. Avropanın bir sıra ölkələrində multikulturalizm ideyalarından kənarlaşma meyilləri müşahidə olunur. Azərbaycan isə multikulturalizm ideyalarının əhəmiyyətli olduğunu hər zaman vurğulayıb".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.