Siyasət

Gürcüstan-Azərbaycan sərhədinin razılaşdırılmamış sahələrinə baxış keçiriləcək

19 Avqust 2019 17:30
Baxış: 727

Gürcüstan və Azərbaycan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü keçirilib.

Xarici İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, tərəflər delimitasiya prosesinin gedişatını muzakirə etdi və razılaşdırılmamış sahələrlə bağlı öz mövqelərini ifadə etdilər. Görüləcək sahə işləri, razılaşdırılmamış sahələrdə birgə ölçmə işlərinin aparılması və həmin yerlərə baxış kecirilməsi planlaşdırıldı. 19-23 avqust tarixlərində ekspertlər ayrı-ayrı sahələrə birgə baxış keçirəcəklər və gələcək mərhələdə qalan digər razılaşdırılmamış sahələrə də baxış keçirməyi planlaşdıracaqlar.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.