Siyasət

Azərbaycan Müdafiə Nazirliyi Pakistan tərəfinə başsağlığı verib

30 İyul 2019 15:54
0 Şərh     Baxış: 852

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Federal Müdafiə naziri Pervez Xattaka, Silahlı Qüvvələrin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Zübair Mahmud Hayata və Ordu komandanı general Qamar Caved Bacvaya başsağlığı ünvanlayıb.

Bu barədə Müdafiə Nazirliyindən Milli.Az-a məlumat verilib.

Başsağlığında deyilir:

"Hərbi təyyarənin qəzaya uğraması nəticəsində qardaş Pakistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması xəbəri məni dərindən kədərləndirdi.

Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.