Siyasət

Komitə sədri: "Çin ilə Azərbaycan arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir"

22 İyul 2019 17:07
Baxış: 501

Çin ilə Azərbaycan arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı "Si Cinpinin yeni dövr Çin səciyyəvi sosializm ideyası" mövzusunda keçirilən konfransda deyib.

M.Qurbanlı bildirib ki, Çin Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biridir: "1992-ci ildən Çin ilə Azərbaycan arasında diplomatik münasibətlər yaranıb. İki ölkə arasında qarşılıqlı səfərlər müxtəlif sənədlərin imzalanması ilə nəticələnib və həmin sənədlər əsasında iki ölkə arasında əməkdaşlıq güclənir. Çin ilə Azərbaycan strateji tərəfdaşdırlar. Eyni zamanda Çin Dağlıq Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyinj həmişə dəstəkləyib və bu mövqe dəyişməz qalıb".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.