Siyasət

Azərbaycan və İran birgə peyk layihəsi ilə bağlı müzakirələr aparır - Nazir

20 İyul 2019 10:17
Baxış: 696

Azərbaycan və İran birgə peyk istehsalı və buraxılması üçün danışıqlar aparırlar.

Milli.Az xəbər verir ki, bunu Trend-in Tehrandakı müxbirinə özəl açıqlamasında Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bildirib.

Nazirin sözlərinə görə, "Azercosmos" bu məsələə ilə bağlı İranın müvafiq təşkilatları ilə birbaşa əlaqədədir.

R.Quluzadə daha sonra qeyd edib: "Hazırda iki ölkə bu məsələ ilə bağlı danışıqlar aparır. Mən düşünürəm ki, yaxın zamanlarda razılıq əldə olunacaq".

Qeyd edək ki, Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərliyi ilə İrana səfər edən Azərbaycan nümayəndə heyəti Tehranda 25-ci Beynəlxalq Elektronika, Kompüter və Elektron Ticarət ("Elecomp - 2019") sərgisində iştirak edir.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.