Siyasət

Fransada avro şousu… - VIDEO - FOTO

18 İyul 2019 15:59
Baxış: 1 497

Bunu lap əvvəldə deyim. Hamının, idman eləmək, hoppanıb-düşmək, çimmək, əylənmək, evlənmək, boşanmaq və sair kimi hüquqları vardır. Çünki sosial və siyasi statusundan öncə hamı insandır. İnsan olaraq müxtəlif tələbatları, şəxsi həyatı var...

Yəni bu çağacan iqtidarlı müxalifətli kimsənin həyatının şəxsi tərəflərindən bəhs edən məlumatlara, video materiallara diqqət eləməmişəm. Heç bu haqda yazmağı da lazım bilməmişəm. Amma görürsən ki, elə məsələlər var onu gərək yazasan. Yazasan bilsinlər ki, görürsən. Çünki artıq məsələ o yerə çatıb ki, ağıllı-ağıllı danışan Avropada oturub dövləti, onun ali rəhbərilərini söyən, guya həm də ölkə bu vəziyyətdədir deyə zülüm çəkən siyasi mühacirlər, ölkəni əməlli hədəfə alıb. Onlar artıq hətta havadarlarından daha təhlükəlidir. Məsələn, özləri eləmədikləri şeyləri eləməyin vacib olduğu barədə ordan bura dərs keçir, mesaj verirlər. Bu açıq-aydın dağıdıcılıq missiyasının icrasıdır.

***

...AXCP sədri Əli Kərimlinin hazırda Fransada yaşayan qohumu İnqilab Kərimlinin arvo bükümünü dostlarının təpəsindən üzü aşağı səpməsi və ləqəblə, "Ağsaqqal" çağırılması haqda videoya baxandan sonra düşündüm ki, gərək bu məsələləri artıq yazasan. Yazasan adamlar bilsin ki, onlara kimlər ağıl hocalığı edir, yol göstərir, dövlətinizi dağıdın, müharibə edin, küçələrə tökülün deyir.

...Onda da bir hirs bürüyür adamı, yazsan bir zülümdür, yazmasan başqa. Yazmasan, günbəgün daha üzlü, olurlar. Yazsan daha da populyarlaşırlar. O da olmur, bu da. Əlac qalır ki, məqamı gəldikcə ic üzlərini göstərəsən. Bu videoda olduğu kimi. Göstərəsən və deyəsən ki, bax ay millət, gör bunlarda sənə deyilən vətən həsrəti, sevgisi, vətəndaş hayına qalan adam sifəti görürsənmi?!

Yəni ki, gedin yeyin-için, kefdə olun. Amma Azərbaycanın, azərbaycanlıların halına yanan, dövlət dərdi çəkən rolunu oynamayın bərbad görünürsünüz.

Siz nə müxalifətsiniz, nə yaxşı insan, nə də nümunəvi vətəndaş. Siz fərdi maraqları hər şeyi üstələyən, vətən, millət sayğısı olmayan bir qrupsunuz, bircə ovuc adamsınız. Adınız "söyüş müxalifəti". Sizin fəaliyyətiniz heç zaman bəyənilə, təqdir oluna bilməz.

Düzdür, sizi tənqidə görə, layiq olmadığımız təhqirlərə məruz qoya bilirsiniz bizi. Olsun, bu hədyanlara məruz qalsaq da dövlət satıb başa avro bağlaması səpmirik. Fəaliyyətimiz, keçmişimiz qaranlıq deyil. Vətən satmamışıq, cinsi azlıq kimi oturum almamışıq, fırıldağımız yox, dövlət yıxmaq planları qurmuruq, məqamı yeri gəldikcə sözümüzü deyirik, inciyən inciyir, inciməyənin zehninə sağlıq söyləyirik...Biz də azıq, amma siz deyilik... Qaçmırıq, min oyundan çıxıb axşam da canlı efirdə dövləti söyüb artistlik eləmirik.

Heç viza almaq üçün rüşvət verməyə adamımız da yoxdur. Məsələn,

Beləcə... Sizlərin bir qismi Avropadan, o biri qismi Avropa qədər də Bakıdan qidalanır, cibi pullu, ruhsuz bədənsizsiniz, burası bəlli, amma bu qədər iyrənc mənəzərlərdən nəyin həzzini alıb, kimdən heyif çıxırsınız orası bəlli deyil...

Nə deyəsən? Bircə istəyirsən yüksək bir mərtəbəyə qalxıb bərkdən deyəsən, camaat, ay camaat, bunlar sizi adam yerinə qoymur. Sizdən və dövlətdən qisas almaqdan, Azərbaycanı Avropaya təhvil verməkdə, pul qazanmaqdan başqa nəsə lazım deyil bunlara. İstəyirsən adamlar bilsin ki, dövlət və millət olaraq bizim təpəmizə onda kül olacaq ki, bunların hakimiyyət və ya vəzifə arzuları reallaşacaq...

Jalə Mütəllimova

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.