Siyasət

Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu

17 İyul 2019 14:52
Baxış: 1 564

Heydər Əliyev Fondunun dəstəyi ilə Cəbrayıl və Füzuli rayonlarından olan ürək qüsurlu uşaqlar üzərində cərrahiyyə əməliyyatı həyata keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin iyunun 1-3 tarixlərində Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsi və Füzuli rayonunda "Uşaq ürəkləri Qarabağda döyünür!" şüarı altında keçirdiyi xeyriyyə aksiyası zamanı 400-dək uşaq diaqnostik tibbi müayinələrdən keçirilmişdi.

Müayinələr nəticəsində 7 usaqda anadangəlmə mürəkkəb ürək qüsurları aşkarlanmış və onların Mərkəzi Gömrük Hospitalına yönləndirilməsinə qərar verilmişdi.

Qeyd olunan uşaqların əməliyyyatı və müalicəsi ilə bağlı məsələləri Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.