Siyasət

Azərbaycan, Rusiya, İran və Türkiyənin rabitə nazirləri Tehranda görüşəcək - FOTO

17 İyul 2019 13:27
Baxış: 750

Bu gün Tehranda Azərbaycan, Rusiya, İran və Türkiyə rabitə qurumlarının rəhbərləri arasında görüş keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, görüşdə ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə ediləcək.

İranın informasiya və kommunikasiya texnologiyaları nazirinin müavini Həmid Fəttahi sosial şəbəkədə öz səhifəsində qeyd edib ki, bu gün keçirilən dördtərəfli görüş telekommunikasiya sahəsində iqtisadi əlaqələri genişləndirməyə imkan verəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.