Siyasət

Əfqanıstan Azərbaycan iqtisadiyyatına 1,5 milyon dollar investisiya yatırıb

16 İyul 2019 15:34
Baxış: 778

"Bu gün üçün Əfqanıstanın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 1,5 milyon dollar təşkil edir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov iqtisadi əməkdaşlığa dair Azərbaycan-Əfqanıstan işçi qrupunun ilk iclasında deyib.

Nazir müavininin sözlərinə görə, Əfqanıstanın ölkəmizdə investisiya yatırdığı əsas sahələr sənaye, tikinti, nəqliyyat və tranzit sahələridir: "Əfqanıstanda Azərbaycanın təcrübəsi "Asan Xidmət" brendi altında tətbiq olunur. Hazırda biz Azərbaycan sahibkarlarının Əfqanıstanda daha geniş layihələrin icrasında iştirakını təmin etməyi düşünürük".

S.Məmmədov əlavə edib ki, bu, tikinti və infrastrukturla bağlı layihələr ola bilər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.