Siyasət

Milli Məclisin deputatları Türkiyəyə gedir

13 İyul 2019 11:54
Baxış: 740

Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və deputat Dilarə Cəbrayılova Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdinin qarşısının alınmasının üçüncü ildönümünə həsr olunmuş tədbirdə iştirak etmək üçün Ankaraya gedəcəklər.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun dəvəti ilə həyata keçiriləcək səfər zamanı Azərbaycan nümayəndə heyəti 2016-cı ildə baş vermiş dövlət çevrilişi cəhdinin qarşısının alınmasının ildönümü münasibəti ilə təşkil olunmuş parlamentin xüsusi iclasına qatılacaq.

Yığıncaqda bu hadisələr zamanı həlak olanların xatirəsi anılacaq, dövlət çevrilişi cəhdinin ağır nəticələri və onların aradan qaldırılması barədə danışılacaq, həmin gün dost ölkələr tərəfindən dövlətçilik və demokratiya uğrunda mübarizədə Türkiyə xalqına verilən dəstəkdən söhbət açılacaq, bir sıra sənədlər nümayiş olunacaq.

Səfər iyulun 16-da başa çatacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.