Elmar Məmmədyarov: "Avropa Şurasının yeni rəhbərliyi ilə işləməyə hazırıq"
Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nazirlikdən Milli.Az-a verilən məlumata görə, E.Məmmədyarov Avropa Şurasının yeni Baş katibinin seçilməsi məsələsini qeyd edərək, təşkilatın yeni rəhbəri ilə işləməyə hazır olduğumuzu bildirib.
Ölkəmizə səfəri çərçivəsində müvafiq dövlət qurumları ilə faydalı görüşlər keçirdiyini, cəzaçəkmə məntəqəsinə baş çəkdiyini diqqətə çatdıran D.Miyatoviç səfər proqramının təşkili üçün Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib. Azərbaycana səfərinin əsas məqsədlərindən birinin məcburi köçkünlərin insan hüquqları olduğunu qeyd edən Komissar, azərbaycanlı məcburi köçkünləri ilə görüşdüyünü bildirdi və onların ləqaqətli yaşamaları üçün Azərbaycan Hökuməti tərəfindən görülmüş işləri yüksək qiymətləndirib.
Öz növbəsində, E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilmiş görüşlər, eləcə də substantiv məsələlər üzrə danışıqların irəli aparılması yolları barəsində məlumat verib. Azərbaycanın danışıqlar prosesində mövqeyinin dəyişilməz olduğunu vurğulayan nazir Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərimizdən çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz doğma yurd-yuvalarına geri qayıtmasının vacibliyini vurğulayıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq və narahatlıq doğuran digər məsələlər barəsində müzakirələr aparılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
San-Marino mətbuatı Azərbaycandan birbaşa qaz tədarükünün əhəmiyyətini vurğulayıb
-
TRIPP layihəsi Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq - Marko Rubio
-
Birləşmiş Krallığın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib - FOTO
-
Aİ və Azərbaycan yeni ikitərəfli saziş üzrə danışıqları bərpa edib - FOTO
-
ARD Azərbaycana qarşı: alman media təxribatının anatomiyası
-
Roma Papası XIV Leo Prezident İlham Əliyevə məktub göndərib
XƏBƏR LENTİ
-
Maşınla yola çıxanlar mütləq OXUSUN - 11 küçədə…
-
Xəzərdə zəlzələ oldu
-
Hobbi olaraq başladılar, sərvət qazanırlar: 70 ton məhsul yığırlar - FOTO
-
Tələbələrə "süni intellektdən istifadə etməyin" deyən akademik məqaləni süni intellektə yazdırdı
-
Şəkərsiz mürəbbə hazırlamağın 5 qızıl qaydası
-
10 saniyədə hamam plitələrinin arası tərtəmiz olur: Tək bir məhsul bəs edir
-
Şirniyyat istəyini azaltmağın təbii yolları açıqlandı
-
Pomidor yetişdirəndə suya bir damcı yod əlavə edin - SƏBƏB
-
Pəncərənizin önünə qoyun, ağcaqanadlar yaxın gəlməsin
-
Həmin qidaların müntəzəm istifadəsi xərçəng riskini artırır - XƏBƏRDARLIQ
-
Temperaturun kəskin dəyişməsi orqanizmə necə təsir edir?
-
Şokolad xarab olur? Üstü ağaranda kristallaşır?
-
Azərbaycan millisi finalda - Avropa çempionatı
-
Çılpaq bədənini DÇ-yə gedən ulduzların şəkilləri ilə örtdü - FOTO
-
İspaniya çempionatında ən gözəl qolun müəllifi oldu
-
Narkotik istifadə edirlərmiş
-
Günün qoroskopu: Maddi tərəfdən müsbət irəliləyişlər nəhayət ki, baş verə bilər
-
Elvin millinin məşqində qolları sıralayır - VİDEO
-
Dilan Polada hücum edildi, mühafizəçisi öldürüldü – VİDEO
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Müğənnilərin fantastik toy qiymətləri – SİYAHI
-
Tovuzda ağır qəza - ölən və yaralananlar var - YENİLƏNİB
-
Varşavada Türk Mədəniyyəti və İrsi Mərkəzinin təntənəli açılışı olub - FOTO
-
"O qədər təkliflər gəlir ki, deyirlər, iki nöqtə edək"





