Siyasət

İranın Ticarət Palatasının baş katibi Azərbaycana səfərə gəlib

2 İyul 2019 18:14
Baxış: 1 009

İranın Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatasının baş katibi Əlirza Əşrəf bu gün Azərbaycana səfər edib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, səfərdə Ə.Əşrəfi İran parlamentinin Proqram və Büdcə Komissiyasının üzvləri müşayiət edirlər.

İranlı heyətin iqtisadiyyat naziri Şahin Mustafayev və Milli Məclisin sədr müavini Ziyafət Əsgərovla görüşü nəzərdə tutulub.

Nümayəndə heyəti Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə yaxından tanış olacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.