Siyasət

Azərbaycanla Koreya arasında yeni saziş təsdiq olundu

27 İyun 2019 15:09
Baxış: 655

Azərbaycanla Koreya arasında yeni sazişin təsdiq edilməsi Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirəyə çıxarılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, iclasda deputatlar "Azərbaycan Respublikası Hökuməti ilə Koreya Respublikası Hökuməti arasında qrant yardımına dair" Çərçivə Sazişinin təsdiq edilməsi məsələsini müzakirə ediblər.

Sənədin iki ölkə arasında münasibətlərin inkişafına mühüm töhfə verəcəyi qeyd olunub. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.