Siyasət

Milli Məclis "2018-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanunu təsdiq etdi

27 İyun 2019 12:11
Baxış: 907

Milli Məclisin bu gün keçirilən plenar iclasında "2018-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun üçüncü oxunuşda qəbul olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, ötən il Azərbaycanın dövlət büdcəsinin gəlirləri 22 508 869,7 min manat, xərclər isə 22 731 644,5 min manat məbləğində olmaqla təsdiq edilib.

Bundan başqa, 2019-cu il 1 yanvar tarixinə vahid xəzinə hesabının sərbəst qalığı 872 350 399 min manat olub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.