Siyasət

Asəf Hacıyev yenidən QDİƏT Parlament Məclisinin baş katibi seçilib

20 İyun 2019 14:54
Baxış: 604

Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin 53-cü Baş Assambleyasının iclasında seçkilər keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, iclasda QDİƏT Parlament Məclisinin baş katibi vəzifəsinə seçkilər baş tutub.

Seçkilərdə iki namizəd - Məclisin hazırkı baş katibi Asəf Hacıyev və Yunanıstan Parlamenti sədrinin diplomatik köməkçisi Spyros Theocharopoulosun namizədliyi irəli sürülüb.

Gizli səsvermədə A.Hacıyev yenidən QDİT Parlament Məclisinin baş katibi seçilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.