Siyasət

Millət vəkili: "Bu sərəncam əhalinin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində əsl inqilabdır"

19 İyun 2019 13:55
Baxış: 1 200

Dövlət başçısı İlham Əliyevin dünən verdiyi sərəncamlar bir daha sübut etdi ki, cənab Prezident daim vətəndaşların sosial ehtiyaclarını düşünür və onların maddi rifahının yüksəldilməsi istiqamətində əməli addımlar atır. Bu kimi sosial tədbirlərin həyata keçirilməsi dövlət siyasətinin əsas tərkib hissəsini təşkil edir. Azərbaycan iqtisadi cəhətdən inkişaf etdikcə bu kimi məsələlər prioritet kimi ön planda olacaq.

Milli.Az bildirir ki, bunu Trend-ə millət vəkili Xanlar Fətiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Minimum aylıq əməkhaqqının artırılması haqqında" 18 iyun 2019-cu il tarixli sərəncamını şərh edərkən deyib.

Deputatın sözlərinə görə, bu sərəncam ölkəmizdə vətəndaşların maddi rifah halının yaxşılaşdırılması istiqamətində 2019-cu ilin elə ilk aylarından atılan inqilabi addımların davamıdır: "Bildiyiniz kimi, bu ilin mart ayının 1-dən minimim aylıq əməkhaqqı 38,4 faiz, yəni 50 manat artırılaraq 130 manatdan 180 manata çatdırıldı. Bununla da Azərbaycanda təxminən 400 mindən çox vətəndaşın əməkhaqqısı yüksəldi. Sentyabr ayının 1-dən isə minimum əməkhaqqı nəzərəçarpacaq dərəcədə qaldırılır və 250 manat müəyyənləşib. Bu isə ötən ilə nisbətdə təxminən 100% artım deməkdir. Ona görə də bu sərəncamı əhalinin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində əsl inqilab adlandırmaq olar".

Millət vəkili qeyd edib ki, minimum aylıq əməkhaqqının artırılması, reallaşmağa başlayacaq ikinci sosial paketin müsbət nəticəsi demək olar ki, bütün ailələrdə hiss olunacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.