Siyasət

"Erməni nazir yalan danışır, özünü nümayiş etdirir"

18 İyun 2019 10:54
Baxış: 1 046

Müdafiə naziri Zakir Həsənov Ermənistanın müdafiə naziri David Tonoyanın Azərbaycan Ordusunun əsgəri Elşən Xəlilovun vurulması ilə bağlı şəxsən əmr verməsi ilə bağlı bəyanatına münasibət bildirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Z.Həsənov keçirdiyi mətbuat konfransında bildirib ki, bu bəyanat ucuz siyasi xal toplamaq üçündür: "Onların orduları çox zəifdir və çalışırlar ki, bu cür yollarla ucuz siyasi xal toplasınlar. Mən onun səviyyəsinə düşmək istəmirəm, o yalan danışır, özünü nümayiş etdirir".

Nazir qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ münqaqişəsini sülh yolu ilə həll etməyə çalışır: "Ancaq bu olmasa, biz digər yola əl atacağıq. Biz 2016-cı ildə 3 gün ərzində bunu sübut etdik, indi də deyirik ki, gedin məsələni həll edin, əks tədqirdə torpaqlarımızı digər yolla azad edəcəyik".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.