Siyasət

İran hesabat verəcək

16 İyun 2019 17:30
1 Şərh     Baxış: 833

İran iyunun 17-si nüvə razılaşması çərçivəsində öhdəliklərin azaldılması barədə hesabat təqdim edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İranın Nüvə Enerjisi üzrə Təşkilatından bildiriblər.

Məlumatda deyilir: "İranın Nüvə Enerjisi üzrə Təşkilatı sabah Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində öhdəliklərinin azaldılması üzrə birinci addım barədə hesabat təqdim edəcək".

Bildirilir ki, hesabatda zənginləşdirilmiş uran ehtiyyatları, o cümlədən ağır su istehsalının artırılması barədə məlumat olacaq: "Bu hesabatda öhdəliklərin azaldılması üzrə ikinci fazaya keçid üçün atılan addımlar bəyan ediləcək".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.