Siyasət

Azərbaycan səfiri Qətərin Gömrük Baş İdarəsinin sədri ilə görüşüb - FOTO

16 İyun 2019 16:27
0 Şərh     Baxış: 877

Bu gün Azərbaycan Respublikasının Qətərdəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov bu ölkənin Gömrük Baş İdarəsinin sədri Ahmed bin Abdullah Al Jamal ilə iki ölkə arasında qarşılıqlı faydalı əlaqələrin intensivləşdirilməsi imkanları və idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin qarşılıqlı tanınması məsələsini müzakirə edib.

Milli.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, görüşdə dövlət başçıları arasındakı dostluq münasibətlərinin ikitərəfli əməkdaşlığın inkişafına verdiyi mühüm töhfədən söz açaraq son illər ərzində yüksək səviyyədə həyata keçirilmiş qarşılıqlı səfərlərin və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün yaradılan hüquq-müqavilə bazasının əhəmiyyətindən bəhs edilib.

Eyni zamanda, malların ixracı zamanı sənədlərin təsdiqi prosesinin müəyyən vaxt itkisinə səbəb olduğu nəzərə alınaraq, iki ölkə arasında mənşə, baytarlıq, fitosanitar və digər bu kimi sertifikatların qarşılıqlı tanınması üçün müvafiq tədbirlərin görülməsinin ticarət əlaqələrinin inkişafına stimul verəcəyi qeyd olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.