Siyasət

Qəbələdə Azərbaycan və Türkiyə müdafiə nazirlərinin görüşü keçirilib - FOTO

12 İyun 2019 12:48
Baxış: 271

İyunun 12-də Qəbələ şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akar ilə görüşüb.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Müdafiə naziri general-polkovnik Z.Həsənov qonaqları salamlayaraq Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin gündən-günə inkişaf etdiyini və möhkəmləndiyini vurğulayıb.

Dövlətlərimiz arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin dostluq münasibətlərinin mühüm rol oynadığını deyən general-polkovnik Z.Həsənov bu cür görüşlərin əməkdaşlığımızın genişləndirilməsi baxımından zəruriliyini xüsusi qeyd edib.
Türkiyəli nazir də öz növbəsində Azərbaycan-Türkiyə qarşılıqlı münasibətlərinin genişlənməsində bu cür görüşlərin vacibliyindən danışıb.

Görüşdə regional və qarşılıqlı əməkdaşlığa dair digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.