Siyasət

Bundestaqın vitse-prezidenti: "Almaniya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlindən gələni edir"

12 İyun 2019 12:25
Baxış: 617

Azərbaycan almanlar üçün sığınacaq yeri olub. Qafqazda maraqlı tərəfdaşımız Azərbaycandır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Almaniya Bundestaqının vitse-prezidenti Tomas Operman Bakıda keçirilən "Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması"nın təsis konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan Almaniyanın 5-ci neft təchizatçısıdır.

Vitse-prezident bildirib ki, sülh yolu ilə danışıqların mütləq nəticələri olur: "Müharibələrin sülh yolu ilə həllinə çalışmaq lazımdır. Dağlıq Qarabağ münaqişəsi 10 illərdir ki, davam edir, insanlar əziyyət çəkir, problemlərlə üzləşir. Biz ATƏT-in bu istiqamətdə sülh missiyasını dəstəkləyirik. Almaniya Federativ Respublikası münaqişənin həlli üçün əlindən gələni edir. Bizim Azərbaycanla və Ermənistanla normal münasibətlərimiz var. Ümid edirəm ki, bu münaqişə sülh yolu ilə həll ediləcək".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.