Siyasət

Kaspşik Yerevanda - Paşinyanla Dağlıq Qarabağ münaqişənin nizamlanmasını müzakirə ediblər

12 İyun 2019 11:37
1 Şərh     Baxış: 653

Ermənistanın Baş naziri Nikol Paşinyan Yerevanda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişənin nizamlanması və sülh şəraitinin yaranmasına təsir edəcək məsələlər müzakirə edilib.

1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddialarına başladı. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ətraf 7 rayon - Azərbaycan ərazisinin 20 faizi - Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktı hələ də davam edir.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində - Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə nəticəsiz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.

Milli.Az

Şərh yaz:

1 Şərh:

  • Anonim
    ****** · 15 İyun 11:5110

    ERMƏNİ MÖVQELİ DİPLOMAT --ERMƏNİLƏR ONU ÖZ TƏRƏFLƏRİNƏ COXDAN CƏKİBLƏR--GÖZLƏRİNİN ALTINDAN BAXIR ƏTRAFA.EHTİYYATLI OLMALIYIQ.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.